“Rabitəbank” ASC 10 milyon dəyərində 2 illik istiqrazların yerləşdirilməsini planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib.
Emissiya nominal dəyəri 100 manat olan 100 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 24 aydır.
Kupon dərəcəsi – illik 9,5%-dir (hər 3 aydan bir kupon ödənişi həayata keçiriləcək).
“Rabitəbank” cəlb olunan vəsaiti “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi və ətraf mühitin mühafizəsinə yönəltməyi planlaşdırır.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 13 hüquqi və fiziki şəxsdir.**
R.Əhmədov