Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərə daha 64 ton yanacaq göndərəcək.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, yanacaq SOCAR şirkətinin 2 avtomobili ilə göndəriləcək: 34 ton dizel, 30 ton benzin.
Bu, Qarabağ ermənilərinə göndərilən ikinci partiya yanacaqdır. Şənbə günü 64 ton yanacaq göndərilib.
Beləliklə, indiyədək Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyacları üçün 128 ton yanacaq (74 ton dizel və 54 ton benzin) göndərilib. **
B.Rüstəmbəyov