Rusiya və İran prezidentləri Vladimir Putin ilə İbrahim Rəisi arasında telefon danışığı olub.
“Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən Qarabağın erməni əhalisinə (...) humanitar yardımın göstərilməsi barədə məlumat verib. Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar”, - Kremlin mətbuat xidmətindən məlumat verilir.
Həmçinin, Putin və Rəisi “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin aktivləşdirilməsində qarşılıqlı maraq ifadə ediblər. **