ABŞ Qarabağdan könüllü olaraq Ermənistana köçmüş insanlara humanitar yardım çərçivəsində bu ölkəyə $11,5 milyon ayıracaq. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bəyan edib.
«Vəsait ərzaq mallarının alınmasına, sosial və psixoloji yardıma yönəldiləcək», - Pauer jurnalistlərə bildirib.
Pauer, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Yuri Kim və ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Qoris şəhərinə səfər edərək Qarabağdan Ermənistana köçmək qərarına gələn şəxslərin qəbul məntəqəsinin iş şəraiti ilə tanış olublar. **