Dövlət Turizm Agentliyi (DTA) turizm potensialı olan kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması istiqamətində layihə smeta sənədlərinin hazırlanmasına “TRİUMPH-M” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” satınalmalara portalına istinadən xəbər verir ki, bu işlərin icrası üçün müqavilənin dəyəri 194,7 min manatdır.
Layihə Qusar rayonunun Laza kəndində bir sıra işlərin həyata keçirilməsini nəzərdə tutur. **
B.Rüstəmbəyov