Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın qərbində “Gilar” qızıl-mis yatağında hasilat işlərinin başlanması müddətini 2024-cü ilin birinci rübünədək təxirə salıb.
Daha əvvəl “İnterfaks-Azərbaycan” xəbər verib ki, “Anglo Asian Mining Plc.” 2023-cü ilin sonunadək “Gilar” yatağında qızıl hasilatına başlamaq planları barədə məlumat verib.
“Gədəbəy” yatağında ekoloji monitorinqin aparılması səbəbindən flotasiya və təşviqat aşındərma üsulu ilə hasil olunmuş filizin emalı dayandırılıb, yalnız toplu aşındırma üsulu ilə emal həyata keçirilir. Filiz emalı həcminin azalması səbəbindən şirkət partlayış işlərini dayandırdı, bu da “Gilar” və “Zəfər” mədənlərinin inkişafı işini dayandırdı. Bunu nəzərə alaraq, “Gilar” yatağında qızıl hasilatına başlanması işləri 2024-cü ilin birinci rübünə qədər təxirə salınıb”, - AAM-dən burğulanır.
Şirkət məlumat verir ki, «Gilar» və «Zəfər» mədənlərinin tikintisi avqustdan sentyabr ayına qədər dayandırılıb və bu ilin oktyabrında bərpa olunacaq. Bununla yanaşı, tikintidə gecikmə səbəbindən Zəfər və Gilar mədənlərində istehsal üçün lazım olan dəyəri 10 milyon dollar olan «Caterpillar Inc» dağ-mədən avadanlığının tədarükü həmçinin 2024-cü ilə təxirə salınıb. O cümlədən, flotasiya qurğusunda yeni flotokameraların quraşdırılması 2024-cü ilə təxirə salınıb.
“Zəfər” qızıl və mis yatağında hasilata başlanma müddətində dəyişiklik yoxdur, bu 2024-cü ildə planlaşdırılıb”, - “İnterfaks-Azərbaycan” şirkətə istinadən məlumat verir.
AAM 2021-ci ilin yanvar ayında “Gədəbəy” müqavilə sahəsində yeni “Zəfər” qızıl-mis yatağının kəşf edildiyini elan edib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Yatağın JORC kodeksi üzrə ehtiyatları 28 min ton mis, 73 min unsiya qızıl və 36 min ton sink həcmində qiymətləndirilir. Layihə ilə tərkibində mis ekvivalenti 0,5% olduğu halda illik 700 min ton pik səviyyədə hasilat nəzərdə tutulur.
Gilar - Gədəbəy müqavilə ərazisində, şirkətin emal gücündən təxminən 7 km məsafədə yerləşən faydalı qazıntılar yatağıdır. Şirkətin məlumatına görə, bu rayonda iki növ minerallaşma mövcuddur: kvars damarlarında qızıl və hidrotermal məhlullardan qızıl-mədən filizi.Gilər yatağında qızıl ehtiyatı 249 min 83 unsiya qızıl, 46 min 466 ton mis və 48 min 786 ton sink təşkil edir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. **
N.Abbasova