2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan Çinə $89,138 milyon dəyərində 167,552 min ton neft koks idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan”ın tanış olduğu Çinin Baş Gömrük İdarəsinin materiallarında deyilir.
İdarənin materiallarına əsasən, bu il Çinə neft koks tədarükünə fevralda başlanıb.
Xüsusilə, fevralda Azərbaycan Çinə 26,431 min ton ($19,868 milyon dəyərində), martda - 24,475 min ($14,688 milyon dəyərində), apreldə - 26,132 min ton ($15,23 milyon dəyərində), mayda - 30,586 min ton ($18,356 milyon dəyərində), iyulda - 29,604 min ton ($10,14 milyon dəyərində), avqustda – 30,324 min ton ($10,856 milyon dəyərində) ixrac edib. **
R.Kərimov