Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərə daha 54 ton yanacaq göndərib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat verir.
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir”, - məlumatda deyilir.
2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb. **
B.Rüstəmbəyov