Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 27-si səhər saatlarlna müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını dərc edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, təqdim edilmiş siyahıya əsasən, qanunsuz erməni silahlı birləşmələrindən aşağıdakı döyüş texnikası, silah və sursat müsadirə edilib:tıcı silah və qumbaraatanlar – 1105, artilleriya silahları – 60, HHM vasitələri – 226, döyüş sursatları – 425375, təchizat və ləvazimatlar – 2721, optik və digər cihazlar – 223, zirehli texnika – 22, avtomobil texnikası – 125, qoşqu – 21. **
B.Rüstəmbəyov