Azərbaycan və Özbəkistan avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmalara əlavə icazələrin mübadiləsi barədə razılığa gəlib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Özbəkistan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, sentyabrın 26-da beynəlxalq avtomobil daşımaları üzrə komissiyanın birgə iclasında müvafiq razılaşma əldə edilib. İclas videokonfrans formatında keçirilib.
İclasda, o cümlədən iki tərəfin milli daşıyıcılarının qarşılaşdığı problemləri və onların həlli yolları, həmçinin hər iki tərəfin daşıyıcıları üçün bərabər imkanların yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
"İclasda 2023-cü il üçün icazələr üçün əlavə kvota və 2024-cü il üçün kvota müəyyənləşdirilib. Həmçinin, 2024-cü ildən etibarən ölkələr arasında bütün icazə sənədləri tranzit, ikitərəfli və üçtərəfli sənədlərə bölünüb", - Özbəkistan Nəqliyyat Nazirliyi vurğulayır. **
R.Əhmədov