Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevbəyan edib ki, Bakıda Qarabağ üzrə beynəlxalq müşahidə missiyasına ehtiyac görmürlər.
«Heç bir beynəlxalq müşahidə missiyasına ehtiyac yoxdur, çünki yerdəki reallıqlar aydın görünür», - Hacıyev “Deutsche Welle”yə verdiyi müsahibədə bildirib və qeyd edib ki, «Azərbaycanın gizlədəcəyi heç nə yoxdur».
Hacıyev əlavə edib ki, «Azərbaycan hər zaman Cənubi Qafqazda istənilən geosiyasi rəqabətə qarşı olub». O, həmçinin bölgəni geosiyasi rəqabət prizmasından nəzərdən keçirməməyə çağırıb. **
R.Kərimov