Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Tacikistanın Bakıda yeni təyin olunan səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.
Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti haqqında səfirə məlumat verib. Həmçinin, Abdullayev məlumat verib ki, 29-30 sentyabr tarixində Düşənbə şəhərində keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda AZPROMO-nun dəstəyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
“Görüş zamanı həmçinin növbəti il Bakıda birgə biznes forumun təşkil olunması imkanlarına dair fikir mübadiləsi aparılıb”, - AZPROMO-dan qeyd edilir. **
B.Rüstəmbəyov