Dövlət Turizm Agentliyi (DTA) hazırda “Xınalıq” Dövlət Tarixi-Memarlıq və Etnoqrafiya Qoruğunda təmir-bərpa işlərinin ikinci mərhələsini həyata keçirir.
“İnterfaks-Azərbaycan”a Dövlət Turizm AgentliyininQoruqları İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Fərəh Əliyeva məlumat verib ki, ikinci mərhələ çərçivəsində ötən ildən etibarən 44 evin bərpası prosesinə başlanılıb.
“Ümumilikdə, Xınalıqda 60 evintəmir vəbərpasıilə bağlı layihələndirmə işləri aparılıb. 2021-ci ildə birinci mərhələdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa olunu. 2022-ci ildə 44 evin bərpası ilə bağlı tender keçirilib və müvafiq işlərə başlanılıb”, - Əliyeva qeyd edib.
Məlumata görə, ikinci mərhələ çərçivəsində bu işlərə 4,397 milyon manat ayrılıb.
“Müqaviləyə əsasən, 2024-cü ilin sonunadək 44 evin təmir-bərpasının tamamlanması planlaşdırılır. Sərt hava şəraiti və Xınalığın mürəkkəb relyefi səbəbindən təmir-bərpa işləri mərhələli olaraq həyata keçirilir”, - Əliyeva vurğulayıb. **
X.Nəsirzadə