Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Qarabağ regionunda mina və döyüş sursatlarının aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilməsi barədə məlumat verib.
“Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib”, - nazirliyin məlumatında deyilir.
Bundan başqa, əlavə olunub ki, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
MN-dən qeyd olunub ki, ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir. **
İnformasiya şöbəsi