Çərşənbə günü Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov telefon danışığı zamanı Qarabağdakı vəziyyəti və üçtərəfli razılaşmaların icrası yollarını müzakirə ediblər.
"Humanitar yardımın göstərilməsi, yerli erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təminatı məsələləri daxil olmaqla, Qarabağdakı vəziyyət müzakirə olunub. Bakı və İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyasının açılması ilə bağlı 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinin reallaşdırılması yolları nəzərdən keçirilib", - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, «həmçinin ikitərəfli və regional gündəmdəki bir sıra məsələlərə» toxunulub. **