2020-ci ilin dekabr ayından etibarən Azərbaycandan Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya qaz ixracının həcmi 27 milyard kubmetri ötüb. Bu barədə “TAP AG” şirkətinin icraçı direktoru Luka Şippatiməlumat verib.
Onun sözlərinə görə, hesabat dövrü ərzində TAP ilə İtaliyaya 23 milyard kubmetrdən çox qaz nəql olunub. Şirkət “X” sosial şəbəkəsində onun sözlərindən sitat gətirir.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.**
İnformasiya şöbəsi