Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı zamanı Bakının İrəvanla sülh prosesinin irəliləməsində maraqlı olduğunu təsdiqləyib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Azərbaycan XİN-in məlumatına görə, Bayramov və Lavrov söhbət zamanı Bakı və Moskva arasında mövcud əməkdaşlıq gündəliyi, Bakı ilə İrəvan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyəti müzakirə ediblər.
«Bayramov Bakının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini təsdiqləyib. Bundan başqa, o qeyd edib ki, Azərbaycan hökuməti erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək”, - XİN-dən vurğulanır.
Onun sözlərinə görə, Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərk-silahı, habelə Ermənistanla sülh prosesinin irəliləməsində maraqlıdır.
“Telefon danışığı zamanı, nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - XİN-dən qeyd olunur. **
R.Əhmədov