Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərə daha 32 ton benzin göndərib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat verir.
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir”, - məlumatda deyilir.
Bildirilir ki, 2023-cü il sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola salınıb. **
X.Nəsirzadə