Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 28-i səhər saatlarına müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını dərc edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, təqdim edilmiş siyahıya əsasən, qanunsuz erməni silahlı birləşmələrindən aşağıdakı döyüş texnikası, silah və sursat müsadirə edilib: atıcı silah və qumbaraatanlar – 1132, artilleriya silahları – 61, HHM vasitələri – 235, döyüş sursatları – 434295, təchizat və ləvazimatlar – 2732, optik və digər cihazlar – 231, zirehli texnika – 26, avtomobil texnikası – 125, qoşqu – 21. **
B.Rüstəmbəyov