Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə səfəri çərçivəsində bu ölkənin nəqliyyat naziri Li Syaopenlə görüşüb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Nəbiyev sosial şəbəkədə yazıb ki, görüş çərçivəsində tərəflər iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
«Biz həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyini qeyd etdik”, - Nəbiyev vurğulayıb.
Bundan başqa, tərəflər dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarını müzakirə edilib.
Bu kontekstdə Nəbiyev və Syaopen müvafiq işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparıblar.
Həmçinin Nəbiyev Çinin Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşüb. Görüşdə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edilib.
“Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən edilib”, - Nəbiyev vurğulayb. **
X.Nəsirzadə