Ermənistan Xarici İşlər Nazirliyinin 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi və müharibədən sonra Bakı tərəfindən görülən tədbirlər barədə beynəlxalq ictimaiyyəti yanlış yönləndirir. Azərbaycan Xarici İşlər Nazirliyi belə hesab edir.
“Ermənistan Xarici İşlər Nazirliyinin 27 sentyabr tarixli, 44 günlük Vətən müharibəsi, habelə müharibədən sonra görülən tədbirlər barədə beynəlxalq ictimaiyyəti yanlış yönləndirən bəyanatını qətiyyətlə pisləyirik”, - XİN-in bəyanatında deyilir.
Bakı hesab edir ki, Ermənistan XİN bu bəyanatı ilə “Azərbaycan ərazilərinin hərbi təcavüzünə və işğalına, Azərbaycana qarşı törədilmiş kütləvi qırğınlara və insanlığa qarşı cinayətlərə görə məsuliyyətini açıq şəkildə inkar edərək” saxta rəvayətlər yayır. XİN-dən bəyan ediblər ki, “Azərbaycanın Ermənistanın işğalına və təcavüzünə qarşı apardığı müharibə (2020-ci ildə - İF) hər zamanədalətli olub və 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri beynəlxalq hüququn bütün norma və prinsiplərinə açıq şəkildə zidd olaraq Azərbaycanda yerləşdirilmiş qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhlükəni legitim olaraq aradan qaldırıb”.
Qeyd olunub ki, “Ermənistanın özündən fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb”.
Nazirlikdən bəyan edilib ki, İrəvan təkcə 30 illik işğal dövründə yox, həmçinin münaqişədən sonrakı dövrdə də bütün sülh səylərini heçə endirib.
Bakı hesab edir ki, sentyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanın mülki əhaliyə birbaşa təhlükə olmadığını bildirməsi fonunda Ermənistan XİN-in hər vəchlə yerli erməni əhalinin "etnik təmizləmə"yə məruz qalmasına dair məlumatlar yayması İrəvanın siyasətinin və rəvayətlərinin nə qədər uyğunsuz və yalan olduğunu açıq şəkildə nümayiş etdirir.
Nazirlikdən vurğulanıb ki, Bakı “Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur”. “Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq”. XİN-dən əlavə olunub ki, Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir.
“Biz Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”, - Azərbaycan XİN-dən bəyan ediblər. **
R.Kərimov