Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin əksəriyyəti Ermənistana köçmək qərarına gəliblər.
«Biz nəzərə alırıq (Qarabağda separatçı rejimin özünü buraxmaq qərarını - İF-Az), biz vəziyyəti diqqətlə izləyirik, ilk növbədə, əlbəttə ki, humanitar aspekti, bu daha vacibdir», - Peskov jurnalistlərə bildirib.
O əlavə edib: "Bizim (Rusiya - İF-Az) sülhməramlıları insanlara kömək etməyə davam edirlər. Onların çoxu Ermənistan ərazisinə keçmək istədiklərini bildirirlər. Onlara, hər kəsə dəstək göstərilir".
Kremlin nümayəndəsi Moskvanın Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibinə reinteqrasiyası məsələsində mövqeyinə xüsusi diqqət yönəldib. "(...). Biz dəfələrlə bəyan etmişik ki, Bakı ilə təmaslar zamanı əlbəttə ki, bu humanitar aspektlərə diqqət yetirməyə davam edəcəyik", - Peskov vurğulayıb.
O, həmçinin ermənilərin əksəriyyətinin Qarabağdan Ermənistana keçmək qərarına görə günahkar axtarmamağa çağırıb: «Yəqin ki, burada kimin günahkar olduğunu söyləmək çətindir, çünki bilavasitə bu cür hərəkətlər üçün səbəb yoxdur».
Bununla yanaşı, o, «insanların Qarabağ ərazisini - bir hissəsi həmişəlik, digər hissəsi isə müvəqqəti tərk etmək istədiklərini bildirmələri» ilə razılaşıb. **