Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə səfəri çərçivəsində Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşüb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, Sonq Jiyonqla görüşdə “ölkələr arasında əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması və təlimlərin təşkil edilməsi” barədə danışıblar.
O qeyd edib ki, tərəflər həmçinin Azərbaycanla Çin arasında birbaşa uçuşların və təyinat məntəqələrinin artırılması, Çin şirkətlərinin Azərbaycanın regional hava limanlarının operatorluq etməsinə cəlb olunmsına dair fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə