“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) infrastruktur üzrə baş bankiri Yelena Qordeya arasında Bakıda keçirilən görüş zamanı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
“Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin AYİB-in maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barədə müzakirələr aparılıb”, - ADY-nin məlumatında deyilir.
Rüstəmov AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin nəqliyyat infrastrukturunun modernizasiyası üzrə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, 2017-2021-ci illərdə bankın dəstəyi ilə dəmir yollarında elektrik təsərrüfatının optimallaşdırılması və enerji səmərəliliyi məqsədilə reallaşmış texniki məsləhət layihəsinin əhəmiyyətini qeyd edib.
Qordeyeva öz növbəsində AYİB-in gələcəkdə ADY-nin infrastruktur layihələrinin maliyyələşdirilməsinə hazır olduğunu bildirib. **
B.Rüstəmbəyov