2023-cü ilin yanvar-avqst aylarında Çindən Azərbaycana 4,534 min minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitəsi idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin Çinin Baş Gömrük İdarəsinin materiallarına əsaslanan hesablamalarında qeyd olunur.
Hesabat dövrü ərzində Çindən Azərbaycana bu məhsulun ixracı $87,7 milyon dəyərində qiymətləndirilib.
Avqustda Çindən Azərbaycana minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı say ifadəsində iyul ayına qədər 39,6% - 896 ədədə qədər, pul ifadəsində - 36,4% - aydan aya $15,828 milyonadək artıb.
Ötən ilin analoji dövrü ərzində Çinin Baş Gömrük İdarəsi statistika dərc etmir. **
R.Kərimov