Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bu barədə dövlət başçısının saytnda məlumat verilir.
Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir.Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq.
Mənzillərin minimum sahəsi40 kvadratmetr, maksimum – 120 kvadratmetr təşkil edcək.
Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Kompleksin ətazisində uşaq oyun və idman meydançaları, yeraltı və yerüstü avtodayanacaqlar, sosial-məişət obyektləri inşa ediləcək. **
B.Rüstəmbəyov