Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yenilənmiş siyahısını dərc edib.
Sentyabrın 28-i saat 18:00-a aşağıdakı silahlar müsadirə edilib: atıcı silahlar – 1151, qumbaraatanlar – 84, top və haubitsalar – 16, minaatanlar – 39, tank əleyhinə silahlar – 22, HHM silahları – 132.
Texnika: zirehli texnika – 18, avtomobil texnikası – 120, qoşqular – 21, yardımçı texnika – 5.
Döyüş sursatları: raketlər – 984, top və haubitsa mərmiləri – 2722, zenit top mərmiləri – 2627, minaatan mərmiləri – 6653, qumbaralar – 2266, əl qumbaraları – 1368, patronlar – 652842, digər sursatlar – 2132.
Cihazlar: optik cihazlar – 216, digər cihazlar – 31.
Təchizat: fərdi təchizat vasitələri – 677, müxtəlif silahların qurğuları – 8, digər təchizat vasitələri – 2076. **
R.Əhmədov