Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının nəzarəti altında tərksilah razılaşması çərçivəsində Qarabağda erməni birləşmələrinin təhvil verdiyi silah və hərbi texnikaya dair yeni məlumatlar dərc edib.
«28 sentyabr tarixinə 14 ədəd zirehli texnika, 13 ədəd avtomobil texnikası, yeddi ədəd HHM vasitəsi, 45 ədəd sahə artilleriyası, Reaktiv Yaylım Atəş Sistemi (RYAS) və minaatanlar, 4,5 mindən çox atıcı silah, tank əleyhinə vasitə və Daşınan Zenit-Raket Kompleksi (DZRK), 1,5 milyona yaxın silah-sursat təhvil verilib», - RF MN-dən məlumat verilib. **
İnformasiya şöbəsi