Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 29-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7985 manat/1EUR səviyyəsində (sentyabrın 28-nə 1.7858 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0175 manat/1RUB səviyyəsində saxlayıb.
AMB sentyabrın 29-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0619 manat/1TRY səviyyəsində (sentyabrın 28-nə 0.0622 manat/1TRY) müəyyən edib.**
B.Rüstəmbəyov