2023-cü ilin əvvəlindən Azərbaycan Türkiyəyə 7,4 milyard kubmetr qaz ixrac edib, cari ilin yekunları üzrə bu göstərici 10 milyard kubmetrə çatacaq. Bu barədə Azərbayanın energetika naziri Pərviz Şahbazov məlumat verib.
“İndiyədək TANAP ilə Türkiyəyə 24 milyard kubmetr qaz tədarük olunub. Cari ilin əvvəlindən Türkiyəyə ümumilikdə 7,4 milyard kubmetr qaz nəql olunub, bunun 4,2 milyard kubmetri TANAP vasitəsi ilə həyata keçirilib. Bu ilin sonunadək Azərbaycan qazının Türkiyəyə ümumi ixrac həcmi 10,2 milyard kubmetrə çatacaq”, - Şahbazov cümə günü Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - yaşıl enerji zonası" Beynəlxalq Konfransı zamanı bildirib.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verib ki, Şahbazov TANAP və TAP qaz kəmərlərinin güclərinin genişlənməsinin planlaşdırıldığını xatırladıb.
“Avropaya qaz tədarükünü iki dəfə artırmaq planları ilə (2027-ci ilə qədərə 20 milyard kubmetrədək - İF) bizim nerji təhlükəsizliyinin möhkəmlənməsi və tədarükün şaxələndirilməsi üzrə missiyamız yenilənəcək. Eyni zamanda, Türkiyə Avropa ölkələrinə digər marşrutlarla əlavə qaz tədarükünün təminatı məsələsində müstəsna rol oynayır. Bir sözlə, mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin enerji birliyinin gücləndirilməsi strateji zərurətdir”, - nazir vurğulayıb. **
N.Abbasova