“AzInTelecom” MMC “Hökumət buludu” layihəsi çərçivəsində şəbəkə və server avadanlıqlarının satın alınmasına 2 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “AzInTelecom” “Infinitech” MMC-ni qalib seçib.
Müqavilənin dəyəri – 2 milyon 9,858 min manatdır.
Şərtlərə görə, bütün işlər müqavilə imzalandıqdan sonra 30 gün ərzində tamamlanmalıdır.
“AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması və digər xidmətlərin göstərilməsidir. **
B.Rüstəmbəyov