Azərbaycan Tibb Universiteti (ATU) 3 saylı tələbə yataqxana binasının əsaslı təmir işlərinə 1,83 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” satınalmalar portalına istinadən məlumat verir ki, bu işlərin icrası üçün "Turan Təmir-Tikinti” MMC cəlb olunub.
Müqavilənin dəyəri - 1 milyon 882,955 min manatdır.
Yataqxana binasının əsaslı təmir işləri 2023-cü ilin dekabr ayında başa çatmalıdır. **
B.Rüstəmbəyov