İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinə “ORN GROUP” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” satınalmalar portalına istinadən xəbər verir ki, “ORN GROUP” ilə bu işlərin icrasına dair müqavilənin dəyəri 15 milyon 71,219 min manat təşkil edir.
İşlərin icrası müddəti – müqavilə imzalandıqdan sonra 18 aydır. **
X.Nəsirzadə