2023-cü ilin yanvar-iyul aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 2,146 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 92,068 milyon avro (ildən ilə artım 12%) təşkil edib.
Yanvar-iyul aylarında əczaçılıq məhsulları ixracatıçılarının ilk üçlüyünə daxildir: Almaniya – 667 ton (ildən ilə azalma 31,6%) (25,572 milyon avro, artım 8,9%), Macarıstan - 485 ton (artım 69%) (20,754 milyon avro, artım 49%) və Sloveniya – 246 ton (artım 6,6%) (11,624 milyon avro, artım 21,7%) təşkil edib.
İyul ayında Aİ ölkələri Azərbaycana 8,24 milyon avro dəyərində (ildən ilə artım 13,2%) 308 ton (artım 7,2%) əczaçılıq məhsulları ixrac edib.
İyul ayında iri ixracatçıların ilk üçlüyünə daxildir: Almaniya - 2,959 milyon avro dəyərində (artım 93,7%) 180 ton (artım 20,7%), Macarıstan - 1,049 milyon avro dəyərində (artım 5,7%) 21 ton (azalma 11,5%), Sloveniya - 1,283 milyon avro dəyərində (artım 67,3%) 37,3 26 ton (artm 45,9%) əczaçılıq məhsulları ixrac edib.
2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,640 milyon avro dəyərində (artım 1,4%) 3,458 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,8%) ixrac edib.**
R.Kərimov