Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Zəngilan şəhərinin ilk sakinləri 2025-ci ildə qayıdacaqlar.
“Ümid edirəm ki, 2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - Əliyev cümə günü Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, burada infrastruktura böyük vəsait ayrılıb, Zəngilanın Baş planı təsdiq edilib və artıq bir neçə yaşayış layihəsi icra olunur. **
R.Kərimov