Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Horadiz-Zəngilan dəmir yolunun tikintisi tezliklə başa çatacaq.
“Bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik”, - Əliyev cümə günü Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, dövlət başçısının sözlərinə görə, Zəngilan vacib nəqliyyat mərkəzi olacaq, çünki burada hava limanı, dəmir yolu, Bakıdan Zəngilana və digər bütün təyinat məntəqələrinə qədər altı və dörd zolaqlı avtomagistral tikilir. "Ümumilikdə 2 min km-dən çox yol və magistral yolların tikintisi aparılır. Yəni, bu irimiqyaslı tikintidir", - Əliyev əlavə edib. **
R.Əhmədov