Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, Qarabağ və Şərqi Zəngəzurda 8 şəhər və 92 kəndin Baş planı təsdiq edilib.
“Ümumilikdə 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib”, - Əliyev cümə günü Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcək.
Dövlət başçısı qeyd edib ki, “Böyük Qayıdış Proqramı”nın icrası “Azərbaycan üçün bir nömrəli vəzifədir”.
“Böyük Qayıdış Proqramı”nın icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”, - Əliyev əlavə edib. **
R.Kərimov