2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 1 milyard 419 milyon manat ($835 milyon) məbləğində əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bank əməliyyatlarının həcmi 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 5,5% azalıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 171,5 milyon manat, fevralda 162,3 milyon manat, martda 218,1 milyon manat, apreldə 126 milyon manat, mayda 173,4 milyon manat, iyunda 148,6 milyon manat, iyulda 200,1 milyon manat, avqustda – 200,9 milyon manat təşkil edib.
2022-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 2 milyard 155,3 milyon manat ($1 milyard 268 milyon) məbləğində əməliyyat aparıblar ki, bu da 2021-ci illə müqayisədə 66,1% çoxdur.**
B.Rüstəmbəyov