Azərbaycan prezidenti İlham Əliyev hökumətin 2023-cü ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura qayıdan şəxslərin sayını 5,5 minə çatdırmaq planları barədə məlumat verib.
“Artıq 2 mindən çox keçmiş məcburi köçkün evlərinə (Qarabağ və Şərqi Zəngəzura - İF) qayıdıb və 2023-cü ilin sonuna qədər onların sayı 5,5 minə çatdırılacaq”, - Əliyev cümə günü Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Həmçinin o əlavə edib: “Yeri gəlmişkən, hazırda doğma torpaqlarına qayıtmağı gözləyənlərdən ibarət özünəməxsus növbə yaranıb. Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir”. **
R.Kərimov