Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya FederasiyasıHökuməti sədrinin müaviniMarat Xusnullinlə görüşüb.
“Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb”, - Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
Məlumata görə, əməkdaşlığın müxtəlif sahələrində “bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə” baxıldı. **
R.Əhmədov