Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları Sərsəng su anbarına nəzarət edir.
“İnterfaks-Azərbaycan”a Agentlikdən verilən məlumata görə, 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədirləri nəticəsində Sərsəng su anbarı Azərbaycanın nəzarətinə keçib.
“Hazırda su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir”, - məlumatda deyilir.
1976-cı ildə Tərtərçayın üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.
Anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir.
Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir.
Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının, ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.**
B.Rüstəmbəyov