Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkə ərazisindəı artıq “boz” zona yoxdur, Azərbaycan ərazilərində erməni separatçılığına son qoyulub.
“Azərbaycan ərazisində (19-20 sentyabr tarixlərində Qarabağda antiterror tədbirlərindən sonra – İF) artıq “boz” zonalar yoxdur. Qeyri-qanuni strukturlar yoxdur. Torpaqlarımızda separatçılığa son qoyulub”, - Əliyev cümə günü Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu proseslər “bizim güclü siyasi iradəmizin göstəricisidir”. “Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər. (...) Ermənistan hökuməti 2019-cu ildə verilən (...) bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – İF) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - prezident qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərinə «Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti» və «separatçıların fəaliyyəti» (Qarabağda - İF) səbəb olub.
Əliyev vurğulayıb ki, «Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb».
Həmçinin, pezident “Azərbaycana qarşı qəbuledilməz planları” olan tərəflərə mesaj verib “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”, - Əliyev bəyan edib. **
R.Əhmədov