Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkə hakimiyyəti yaxın üç il ərzində (2024-2026-cı illərdə) Qarabağ və Şərqi Zəngəzura 100 mindən çox keçmiş məcburi köçkünün qaytarılmasını təmin etməyi planlaşdırır.
“Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq”, - Əliyev cümə günü Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində bildirib.
Əliyev qeyd edib ki, artıq 2300 məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura qayıdıb, 2023-cü ilin sonunadək bu rəqəm 5,5 minə çatdırılacaq. **
R.Əhmədov