Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən öz istəyi ilə bu əraziləri tərk edən və Ermənistana köçən Qarabağın erməni sakinləri ilə mənfi rəftar faktları qeydə alınmayıb.
“Anadolu” agentlyi xəbər verir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışında bildirib.
"Bilirəm ki, indiyə qədər heç bir insident qeydə alınmayıb. Heç bir kobud rəftar halları qeydə alınmayıb. Bu uzun səyahət, yollarda tıxac, insanlar üçün çətin vəziyyətdir. Lakin azərbaycanlılar tərəfindən kobud rəftar halları qeydə alınmayıb", - Belani deyib. **
V.Əliyev