Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Məlumata görə, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
“Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub”, - MN-dən bildirilir.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür. **
V.Əliyev