Milli Məclisin (parlament) deputatı Vüqar Bayramov Qarabağ regionunda minatəmizləmə işləri zamanı kosmik tenologiyaların tətbiqini vacib hesab edir.
“Mən əslən Qarabağ regionunda yerləşən Füzuli rayonundanam. Hazırda keçmiş qaçqınların öz yurdlarına (Qarabağ və Şərqi Zəngəzura - İF) qayıdış prosesi baş verir. Əsas məsələlərdən biri minatəmizləmə problemidir”, - Bayramov bazar ertəsi bildirib. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri xəbər verir.
Onun sözlərinə görə, minatəmizləmənin sürətləndirilməsi prosesində kosmik texnologiyalardan daha fəal istifadə etmək olar. "Bu günə qədər 300-dən çox insan mina qurbanı olub. Bu rəqəm kosmik texnologiyalardan humanitar məqsədlər üçün istifadə etməyin son dərəcə vacibliyini göstərir. Bu səbəbdən beynəlxalq ictimaiyyətin bu istiqamətdə Azərbaycana dəstəyi zəruridir”, - Bayramov hesab edir. **
X.Nəsirzadə