Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını kəskin şəkildə pisləyib.
Bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Terrorizmə məruz qalan ölkə kimi, Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - Azərbaycan XİN-dən qeyd olunub. **
V.Əliyev