Türkiyə prezidenti Rəcəb Ərdoğan bəyan edib ki, Türkiyə Aİ-dən üzv olmaq ilə bağlı heç nə gözləmir. Haberturk xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əgər Aİ «vizaların verilməsi ilə bağlı ədalətsiz münasibətdən imtina edərsə, səhvlərini düzəldəcəklər».
«Əks halda, bizdən nə isə gözləmək hüququnu itirəcəklər», - o deyib.
Daha əvvəl Ərdoğan bəyan edib ki, Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq qərarı alqışlanacaq, lakin Türkiyə özünü özünəyetərli ölkə hesab edir və Avropadan köməyə və ya dəstəyə ehtiyacı yoxdur. **
V.Əliyev