Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat verib ki, Rusiya sülhməramlılarının nəzarəti altında tərksilah razılaşması çərçivəsində Qarabağ regionunda qanunsuz erməni birləşmələri 45 ədəd zirehli texnika və təxminən 6 min ədəd atıcı silah təhvil verib.
RF MN-nin məlumatına görə, oktyabrın 1-nə 45 ədəd zirehli texnika, 87 ədəd avtomobil texnikası, 28 ədəd HHM vasitəsi, 63 ədəd sahə artilleriyası, Reaktiv Yaylım Atəş Sistemi (RYAS) və minaatanlar, 5,7 mindən çox atıcı silah, tank əleyhinə vasitə, 14 milyona yaxın silah-sursat təhvil verilib. **