Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəmiləri və şəxsi heyəti “Xəzri-2023” birgə taktiki təlimində iştirak etmək üçün Bakıya səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vitse-admiral S.Bəkirov Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının vəhazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.
“Oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək”, – deyə nazirlikdən qeyd olunub.*
B.Rüstəmbəyov